Yer Günəş partlaması nəticəsində yaranan geomaqnit Günəş qasırğasından böyük ölçüdə zərər görmədi.
ANmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspertlər daha güclü qasırğaların 2025-ci ilə qədər davam edə biləcəyi barədə xəbərdarlıq ediblər. Amerika Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi son 7 ilin ən böyük Günəş partlayışının ötən həftə baş verdiyini bildirib. Günəş partlayışının yaratdığı geomaqnit qasırğası peyklər və kosmosdakı insanlar üçün Yerdəki radio dalğalarına müdaxilə kimi potensial problemlər yaradıb. Bununla belə, mütəxəssislər Günəşin hələ də “Günəş maksimumuna”, yəni 11 illik Günəş dövrünün ən enerjili nöqtəsinə çatmadığını bildiriblər.
Alimlər xəbərdarlıq ediblər ki, Günəş hələ maksimum gücünə çatmayıb və bir-iki il ərzində xeyli güclənərək Yerə təsir edəcək. Ən böyük partlayışlardan biridir. Bu barədə Amerika Milli Okean və Atmosfer Administrasiyasına bağlı Kosmik Hava Proqnozları Mərkəzi ötən həftə X hesabında məlumat yayıb. Açıqlamada sözügedən partlayışın bütün dövrlərdə qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu, X sinfi olaraq xarakterizə edilən güclü partlayış səbəbiylə bəzi radio ötürücülər və buna bənzər texniki vasitələrin təsirlənə biləcəyi ifadə edildi. Xəbərdə partlayışın səviyyəsində olduğu qeyd edilib Günəş alovları A sinfindən X sinfinə qədər təsnif edilir və hər sinif 1-dən 9-a qədər miqyaslanır.
Vasif ŞÜKÜR
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin