Türkiyənin Dənizli şəhərinin Pambıqqala qəsəbəsində dünyanın ən görməli yerlərindən biri yerləşir. Söhbət Pamukkale Travertenlərindən gedir. Belə ki, 400 min il əvvəl baş verən zəlzələ nəticəsində Böyük Menderes hövzəsində təbii gözəllik yaranıb.
ANmedia.az xəbər verir ki, hər il milyonlarla turistin ziyarət etdiyi Pambıqqala Travertenləri şəfalı termal suları, füsunkar Kleopatra hovuzu və qədim Hierapolis şəhəri ilə məşhurdur. Travertinlər terraslı təpələrdən ibarətdir və Çörkəz dağının ətəyində yerləşir. Bu yeri dünyanın 8-ci möcüzəsi olaraq da adlandırırlar.
Vasif ŞÜKÜR