Belçikada aparılan araşdırma, Amazon meşələrinin 2015-ci ildən bəri özünü yeniləmə prosesinin "kritik dərəcədə yavaş" irəliləməsinin quraqlıqdan qaynaqlandığını ortaya çıxarıb.
ANmedia.az xəbər verir ki, Belçikanın KU Leuven Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi araşdırmadaAmazon meşələrinin quraqlığa müqaviməti araşdırılıb. Tədqiqatçılar 2001-2019-cu illər arasında bitki örtüyünün fəaliyyətinin peyk şəkillərini araşdırdılar, onları aylıq təhlil etdilər və yerli yağıntı məlumatları ilə müqayisə etdilər. Bu yolla, quraqlıqların tezliyi, intensivliyi və ya müddəti Amazon bitki örtüyünün tarazlığına necə təsir etdiyini araşdıran tədqiqatçılar, bölgədəki yetkin bitki örtüyünün özünü yeniləmə prosesinin 37% yavaşlamağa meylli olduğunu müəyyən edib.
Tədqiqatçılardan Van Passel quraqlığın şiddətinin və müddətinin "meşənin tarazlığını pozduğunu" vurğulayaraq, "Ümumiyyətlə, meşələr hələ də böyük müqavimət göstərir və bu müsbət haldır. Digər tərəfdən, 2015-ci ildən bəri tropik yağış meşələrinin özünü yeniləməsində əhəmiyyətli bir yavaşlama olduğunu müşahidə edirik", - deyə o əlavə edib.Ekosistemin yenilənməsi əsasən yağışdan asılı olan Amazon meşələri yer üzündəki oksigenin böyük hissəsini istehsal etdikləri üçün “Yerin ağciyərləri” kimi təsvir edilir. Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Vasif Şükür
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin