Ağcaqanadlardan qorumağın yolları düşündüyümüzdən daha asan ola bilər.
ANmedia.az xəbər verir ki, yeni bir araşdırmaya görə, ağcaqanadların da sevimli rəngləri var. Çünki ağcaqanadlar müəyyən rənglərdən qaçır, digərləri isə onlara daha cəlbedici görünür.Onları uzaqlaşdırmaq üçün spreylər, şamlar və kremlər olsa da, Vaşinqton Universitetinin tədqiqatçıları bildirir ki, geyim rənglərinin də mühüm rol oynadığını deyirlər.
Vaşinqton Universitetinin Biologiya professoru Cefri Riffell deyir: “Ən çox verilən suallardan biri də bu həşəratların dişləməsini necə dayandırmaq olar?” sualıdır. Bu araşdırmada, qırmızı rəngin də əhəmiyyətli bir cəlbedici faktor olduğunu gördük. Qırmızı kimi cazibədar rənglərdə olmayan geyimlər istifadə etmək ağcaqanad dişləməsinin qarşısını almağın başqa bir yoludur".
Qeyd edək ki, 2022-ci ildə nəşr olunan bu araşdırma, dişi sarı qızdırma ağcaqanadlarının (Aedes aegypti) fərqli vizual və qoxulara verdiyi reaksiyaları araşdırdı.
Təcrübədə ağcaqanadlar karbon qazı ilə səpildikdə qırmızı, narıncı, qara və mavi rəngli nöqtələrə doğru uçdular, lakin yaşıl, mavi və bənövşəyi rəngli nöqtələrdən qaçıblar.
Vasif Şükür