Tarix və şərtlər fərqli idi, amma eyni taleyi yaşadılar. Söhbət aviasiya qəzalarında ölən liderlərdən gedir.
Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi ABŞ istehsalı olan Bell 212 model vertolyotun əlverişsiz hava şəraiti səbəbindən qəzaya düşməsi nəticəsində 19 may tarixində həyatını itirdi. Bu hadisə tarixdə aviasiya qəzaları nəticəsində həyatını itirən dünya liderlərini bir daha bizə xatırlatdı.
Həmin qəzalarabir daha nəzər salaq:
9 dekabr 1936-cı ildə İsveç baş naziri Arvid Lindmanın da içində olduğu "Douqlas DC-2" tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra qatı duman səbəbindən Kroydon hava limanı yaxınlığında evlərə çırpıldı. Nəticədə baş nazir həlak olub.
7 sentyabr 1940-cı ildə Paraqvay prezidenti Marşal Jose Felix Estiqaribbia təyyarə qəzasında həlak olub.
4 iyul 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı Polşanın mühacir hökumətinin rəhbəri, Polşalı hərbçi və dövlət adamı olan Vladyslav Sikorski Cəbəllütariqdə təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olub.
17 mart 1957-ci ildə Filippinin yeddinci prezidenti Ramon Maqsaysay Mt "Pinatubo" adlı C-47 təyyarəsinin Cebu şəhəri yaxınlığında Manunqqal dağına düşməsi nəticəsində həlak olub.
14 may 1966-cı ildə İraq prezidenti general Abdüssalam Arif vertolyotunun qəzaya düşməsi nəticəsində həlak olub.
18 iyul 1967-ci ildə Braziliyanın 26-cı prezidenti Humberto de Alencar Kastelo Brankonun, "Piper PA-23 Aztek" model təyyarəsi prezidentlik dövrü bitdikdən qısa müddət sonra, Braziliya hərbi hava qüvvələrinə məxsus təyyarə ilə toqquşdu və nəticədə eks prezident həlak oldu.
27 aprel 1969-cu ildə Boliviya prezidenti general Rene Barrientos Kokhabamba şəhərində vertolyotunun qəzaya düşməsi nəticəsində həlak olub.
24 may 1981-ci ildə Ekvador prezidenti Jaime Roldos Aquilera və müdafiə naziri general Marko Aurelionun içində olduğu təyyarə Peru sərhəddində qəzaya düşdü və onların hər ikisi həlak oldu.
Tarix 1 avqust 1981, Panama prezidenti Ömər Torrijosun içində olduğu kiçik həcmli vertolyotun meşəlik ərazidə qəzaya düşməsi prezident həlak olmuşdur.
19 oktyabr 1986-cı ildə Mozambik prezidenti Samora Makhel və bir çox mozambikli nazirin də olduğu təyyarə Mozambik - Cənubi Afrika sərhəddi yaxınlığında qəzaya düşdü. Prezident, nazirlər və dövlət adamları olmaqla 33 nəfər həlak oldu. Aparılan tədqiqatlar nəticəsində qəzanın pilotun səhvi nəticəsində baş verdiyi müəyyən edilib.
17 avqust 1988-ci ildə Pakistan prezidenti general Ziyaül Haq, beş general və ABŞ-ın Pakistandakı səfiri Arnold Levis Raphelin sərnişin olduğu "
C-130" model hərbi təyyarənin qəzaya düşməsi nəticəsində prezident və təyyarədəki hər kəs həlak olub. Tədqiqatlar nəticəsində təxribat olduğu qənaətinə gəlinib.
10 aprel 2010-cu ildə Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşınında içində olduğu 96 nəfərlik heyyəti aparan "Tupolev 154" model təyyarə Rusiyanın Smolensk hava limanına enişdə meşəlik ərazidə qəzaya düşdü, ekipaj və sərnişinlərin hamısı həlak oldu. Polşa prezidenti 22 min Polşanın öldürüldüyü "Katın qətliamının" anım mərasimində iştirak etmək üçün Rusiyaya səfərə gedirdi.
Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin