ABŞ İsrailin Dəməşqə hücumundan sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib.
ANmedia.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib:
“Biz İran hökumətinə açıqladıq ki, onlar bu insidentdən ABŞ qoşunlarına və ya ABŞ-nin regiondakı aktivlərinə hücum etmək üçün bəhanə kimi istifadə etməməlidirlər. Onlar vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalıdırlar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin