Fransalı jurnalist Antuan Qalindo fevralın 22-də Efiopiyada saxlanılıb.
ANmedia.az France-Presse (AFP) agentliyinə istinadla xəbər verir ki, “Africa Intelligence” nəşrinin əməkdaşı Antuan Qalindo Efiopiyada xaos yaratmaqda ittiham olunur.
Afrika İttifaqının sammitini işıqlandırmaq üçün fevralın 13-də Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə gələn jurnalist Oromiya əyalətinə daha çox muxtariyyət tələb edən müxalif partiyanın nümayəndəsi ilə görüş zamanı həbs edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin