Danimarkada koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bütün məhdudiyyətlərin götürülməsini təklif edib.
Anmedia.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın Səhiyyə naziri bildirib ki, hökumət fevralın 1-dək bütün məhdudiyyətləri ləğv etməyi təklif edən ekspertlərin tövsiyələrinə əməl etmək niyyətindədir. Yeni təklifinicrasına başlanılması üçün parlament tərəfindən təsdiqlənməsi lazımdır. Əgər qərar təsdiqlənsə, restoranlar saat 22:00-dan sonra spirtli içkilər satacaq, sərnişinlər maskasız nəqliyyat vasitələrinə minə biləcək və gecə klubları açılacaq,
Qeyd edək ki, Danimarkada COVID-19 pandemiyasının başlanğıcından indiyədək 1,4 milyon insan koronavirusa yoluxub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin