
KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan və Tacikistan sərhədində baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb.
Anmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu KTMT-nin sözçüsü Vladimir Zaynetdinov jurnalistlərə açıqlamasında bildirib.
Zaynetdinovun sözlərinə görə, S.Zas Tacikistan Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzoda və Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov ilə telefon danışığı aparıb: “KTMT-nin baş katibi Qırğızıstan və Tacikistan sərhədində tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb”.
O, bildirib ki, sərhəddə yenidən toqquşmaların baş verməsi, nəticədə yaralıların olması ciddi narahatlıq doğurur: “Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. Bununla belə, KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır. Əminəm ki, hər iki KTMT üzvü olan dövlətin rəhbərliyi bu mürəkkəb sərhəd probleminin həlli üçün qarşılıqlı məqbul yollar tapacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








