"Türkiyə Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyin aradan qaldırılmasında vasitəçi ola bilər”.
Anmedia.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib. Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apara və yaxud da Moskvaya səfər edə biləcəyini söyləyib.
O xatırladıb ki, qarşıda Ukraynaya səfəri planlaşdırılır: “Biz regionda sülhün hökm sürməsini istəyirik. Hər hansı gərginlik və ya müharibə sülh üçün çox ciddi pozuntulara səbəb olacaq. Rusiya ilə münasibətlərimiz çox yaxşı davam edir. Sülh şəraitində Türkiyə-Rusiya münasibətləri inkişaf etməkdədir. Həmçinin, Ukrayna ilə də münasibətlərimiz çox yaxşıdır. Bu məsələdə üzərimizə düşəni etməyə hazırıq".

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin