Alyaskada 7,4 maqnitudalı zəlzələ olub.
ANmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri minə yaxın insanın yaşadığı Sand-Point yaşayış məntəqəsindən 106 km cənubda yerləşib.
Yeraltı təkanın ocağı 9,3 km dərinlikdə olub.
Bölgədə sunami təhlükəsi elan olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin