Hindistanın baş naziri Narendra Modi Nyu-Yorkda yoqa tədbirində iştirak edir.
72 yaşlı baş nazir Beynəlxalq Dünya Yoqa Günü çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı yoqa tədbirində iştirak edib.
ANmedia.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Baş qərargahının bağçasında keçirilən yoqa tədbirinə qatılan Modi mindən çox insanla birlikdə yoqa edib.
Yoqanın universal olduğunu deyən Modi, "Bu, çox köhnə bir ənənədir və təkcə döşək üzərində idman etmək deyil. Yoqa bir həyat tərzidir.",- deyib.
Qeyd edək ki, Nyu-Yorkdakı görüşlərindən sonra dünən paytaxt Vaşinqtona gələn Modi Baydenin həyat yoldaşı Cil Bayden ilə Milli Elm Fondunu ziyarət edib. Modi daha sonra Ağ Evdə Prezident Bayden və həyat yoldaşı Cil Baydenlə şam yeməyi yeyib.
Xatırladaq ki, Bayden Modini sabah Ağ Evdə rəsmi mərasimlə qarşılayacaq. Liderlər ikitərəfli görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcəklər.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin