Dünyanın ikinci ən böyük qitəsi olan Afrika yavaş-yavaş ikiyə bölünür.
ANmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə London Geologiya Cəmiyyətinin məlumatında bildirilir. Məlumatda deyilir ki, Qırmızı dənizdən Mozambikə qədər uzanan bu çat Şərqi Afrika yarığı kimi adlandırılıb. Yarığın uzunluğu 3500 kilometrdir.
London Geologiya Cəmiyyətinin məlumatına görə, Şərqi Afrika Yarışı kimi tanınan bu çuxur Qırmızı dənizdən Mozambikə qədər uzanır və uzunluğu təxminən 3500 kilometrdir. Beləliklə, Afrika qitəsi tamamilə parçalanacaqmı və bu nə vaxt baş verəcək?
NASA-nın məlumatına görə, nəhəng çatla yanaşı, Somali tektonik plitəsi qitənin daha böyük və köhnə hissəsi olan Nubiya tektonik plitəsindən şərqə doğru sürüşür.Qeyd edilir ki, bu plitələr Efiopiyanın Afar bölgəsində kəsişir və Y şəkilli yarıq sistemi əmələ gətirir.
ABŞ Dövlət Departamenti Bürosunun elmi müşaviri C.Ebinger bildirib ki, Şərqi Afrika yarığı qitənin şərq hissəsində təxminən 35 milyon il əvvəl Ərəbistan və Afrika Buynuzu arasında formalaşmağa başlayıb. Zamanla bu çat cənuba doğru genişlib və 25 milyon il əvvəl Keniyanın şimalına çatıb. Müşavir bildirib ki, dənizdə seysmik və vulkanik zonaların aşkarlanması Afrikanın bir neçə xətt üzrə ildə 6,35 millimetrdən çox genişləndiyini göstərir.
Əbu Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin