
Yaponiyanın Hokkaydo adasının cənub sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
ANmedia.az xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 18.55-də qeydə alınıb. Zəlzələnin mənbəyi Urakava sahilləri yaxınlığında suyun 140 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin