
Türkiyənin Aydın şəhərinin Kuşadası rayonu sahillərində Egey dənizində 4,2 bal gücündə zəlzələ baş verib.
ANmedia.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 07:42-də qeydə alınıb.
Dəniz səthinin 7,52 kilometr dərinliyində olan zəlzələnin episentrinin Aydının Kuşadası rayonundan 9,98 kilometr uzaqlıqda olduğu müəyyən edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin