
Türkiyə və Qətər rəsmiləri Kabil hava limanının təhlükəsizliyinin birgə təmin edilməsi barədə razılığa gəliblər.
Anmedia.az modern.az-a istinadən xəbər verir ki, razılaşmanın "Taliban" hökuməti tərəfindən təsdiqlənməsi lazımdır. Avqust ayında "Taliban"ın Əfqanıstanı ələ keçirməsindən sonra Türkiyə təhlükəsizlik tələblərinin yerinə yetirilməsi şərti ilə Qətərlə Kabil beynəlxalq hava limanının istismarına hazır olduğunu bəyan edib.
"Reuters" bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri də hava limanının fəaliyyətini təmin etmək üçün "Taliban"la danışıqlar aparır.
Diplomatik mənbələrin məlumatına görə, Ankara və Doha maliyyələşdirmə kimi məsələlərlə bağlı danışıqları davam etdirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








