
BMT-nin strukturuna daxil olan Ümumdünya Meteorologiya Təşkilatı hesabatında qlobal iqlim dəyişikliyinin rekord səviyyələrini qeydə alıb.
Araşdırmada Yer atmosferində qlobal istiləşməyə səbəb olan üç əsas istixana qazının - karbon qazı, metan və azot oksidinin konsentrasiyasında görünməmiş artım olduğunu bildirilib.
2015-2022-ci illər müşahidələr tarixində ən isti illər olub.
Temperaturun artması ilə əlaqədar olaraq əsas müşahidələr aparılan nümunə buzlaqların əriməsi sürətlənib. Onların orta qalınlığı 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına qədər 1,3 metr azalıb. Bu, son onilliklərin orta göstəricisindən xeyli çoxdur.
Mənbə: İnterfaks
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin