“Taliban” tərəfindən musiqi aləti yandırılan yerli musiqiçi göz yaşlarını saxlaya bilməyib.
Anmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın Paktiya şəhərində “Taliban” silahlıları yerli musiqiçinin alətlərini gözləri qarşısında yandırıblar. Toplanan kütlənin ortasında musiqi alətləri yandırılan musiqiçi çarəsiz vəziyyətdə göz yaşlarına hakim ola bilməyib. Taliban üzvləri ağlayan musiqiçini təhqir edib, gülüb, onu ələ salıblar.
Qeyd edək ki, Əfqanıstanda idarəçiliyi ələ keçirən İslami “Taliban” təşkilatı ölkədə musiqini qadağan edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin