2013-cü ildə istefa verib təqaüdə çıxan keçmiş Papa XVI Benedikt dünən tarixi vida mərasimi ilə Vatikanda dəfn edilib.
ANmedi.az xarici mediaya istinadən xəbər verir ki, Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimini minlərlə insan izləyib. Benedikt 600 ildən sonra istefa verən ilk Papa olduğundan, müasir dövrdə ilk dəfə idi ki, vəzifədə olan Papa sələfinin dəfn mərasiminə rəhbərlik edirdi.
Rəsmi olaraq Roma Papası Fransiskin rəhbərlik etdiyi dəfn mərasimində Benediktin məmləkəti İtaliya və Almaniyadan olan nümayəndə heyətləri iştirak edib. Digər tərəfdən, İspaniya Kraliçası Sofiya, Belçika kralı Filip və kraliça Matilda, Macarıstan, Polşa, Portuqaliya və Sloveniya kimi ölkələrin dövlət rəhbərləri mərasimdə iştirak ediblər.
Keçmiş Papanın cənazəsi ənənəyə uyğun olaraq xüsusi lentlər və möhürlə bağlanaraq üç ayrı tabuta qoyulub. O, Müqəddəs Pyotr bazilikasının aşağı mərtəbəsindəki dəfn kameralarından birində dəfn edilib.
Benediktin cəsədi bazar ertəsindən dünənki mərasimə qədər bazilikada ictimaiyyətə açıq olub. Rəsmi Vatikanın açıqlamasına görə, 3 gün ərzində Papanı 200 minə yaxın insan ziyarət edib.
Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin