
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq.
Anmedia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.
O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib: "Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin