
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və qızları ailələri ilə birlikdə ölkəni kütləvi etirazlar fonunda tərk edib.
Anmedia.az xəbər verir ki, “Ölkədə yalnız sabiq dövlət başçısının böyük qardaş Bolat Nazarbayev qalıb”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl jurnalistlər elbaşının (millətin lideri) ortancıl qızı Dinara Nazarbayevanın təyyarəsinin ölkədən getməsini qeydə alıblar.
Dinarənin özünün hava gəmisində olub-olmadığı və bundan sonra ölkəyə qayıdıb-qayıtmadığı məlum deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin