Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 137 nəfər ölüb.
Anmedia.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 430 min 253 nəfərin test edildiyi, 74 min 266 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 39 min 226 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin