Koronavirus pandemiyasının bitmə tarixi görünür, amma qarşıdakı 3 ay ağır keçəcək.
Anmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro açıqlama verib. Nabarro pandemiyanın bitmə tarixinin uzaqda olmadığını söyləsə də, virusun təkamül etdiyini, yeni ştamların yaranmaqda davam edəcəyini vurğulayıb.
ÜST rəsmisi yeni ştamlara görə, hər 3-4 aydan bir yoluxmada artım hallarının ola biləcəyini də istisna etməyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin