İranda zəlzələ baş verib.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən məlumat istinadən xəbər verir.
Məlumata görə, zəlzələnin episentri İranın cənubundakı Hörmüzqan vilayəti olub. 5,4 bal gücündə zəlzələ yerli vaxtla saat 13:44-də qeydə alınıb.
Zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi qeyd edilib.
Can və ya mal itkisinin olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin