
Günəş sistemindəki planetlərin dəqiq mövqeyini göstərən saat 2014-cü ildən bəri satışa çıxarılıb. "Midnight Planetarium" adlandırılan həmin qol saatı kainatı təsvir edir və planetlərin gedişatını dəqiqliklə əks etdirir. Saat üzərində yerləşdirilən kiçik planetlər real planetlərlə eyni sürətlə hərəkət edir və beş planet: Merkuri, Venera, Mars, Yupiter və Saturn ilə birlikdə günəşi miniatür şəkildə əks etdirilib. Unikal modul, hər bir planeti öz diskində, faktiki fırlanma müddətinə uyğun olaraq hərəkətə gətirir.
Onun qiyməti təqribən 210.000 dollardan çoxdur.
Günel Şəmilzadə
Mənbə : science.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








