Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib.
Anmedia.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 7-də ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini də vurğulayıb.
Dövlət başçısı həmçinin müraciətində ölkə üzrə elan etdiyi fövqəladə vəziyyət rejimini mərhələ-mərhələ aradan qaldıracağını da boyun olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin