Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb.
Anmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Özbəkistandakı səfirliyi məlumat yayıb.
Xatırladaq ki, ölkədə baş verən iğtişaşlara görə yanvarın 5-də ölkə boyu tətbiq edilən fövqəladə vəziyyət bütün şəhərlərdə komendatura yaradılmasını, saat 23-dən 7-dək evi tərk etmək, kütləvi toplantılar keçirmək qadağasını, gediş-gəliş məhdudiyyətlərini ehtiva edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin