Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər ölüb.
Anmedia.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 369 min 027 nəfərin test edildiyi, 36 min 731 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 23 min 325 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin