ANmedia.az Publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yer alan rəsmi məlumatda deyilir.
"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiyanın müdafiə, sənaye, və texnologiya sektorlarının təməl daşı olan dövlətə məxsus "Rostech" Korporasiyası da daxil olmaqla, bir çox mühüm əhəmiyyət kəsb edən 70 təşkilata sanksiya tətbiq edib. O cümlədən Rusiya Federasiyasının 29 fiziki şəxsə qarşı", - məlumatda qeyd olunur.
Bu qərarı ABŞ Maliyyə Nazirliyi Dövlət Departamenti ilə birlikdə təqdim edilib. Nəticədə Rusiyanın 45 təşkilatına və 29 şəxsə qarşı sanksiyalar tətbiq edilir. Dövlət Departamentinin məhdudiyyətlər siyahısına digərləri ilə yanaşı, Rusiya Federasiyasının hərbi hissələri, FSB qurumları, eləcə də Ukraynaya qarşı təcavüzdə iştirak edən məmurlar daxildir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin