Rusiya Müdafiə Nazirliyi rus ordusunun Buçada mülki vətəndaşları öldürməsi ilə bağlı iddiaları təkzib edib və bölgədə qaldıqları müddətdə bir nəfər də olsun mülki vətəndaşın zərər görmədiyini bildirib.
Anmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Buça və Kiyevin digər bölgələrində rus əsgərlərinin mövcudluğu zamanı bir nəfər də olsun mülki vətəndaşa zərər verilmədiyi, 452 ton humanitar yardımın edildiyi bildirilib. Açıqlamada, Rusiya ordusunun bölgəyə nəzarət etdiyi bir vaxtda Buçadan getmək istəyənlərə çıxışların açıq olduğu bildirilib:
“Şimalda bütün yerli sakinlər şəhəri tərk etməkdə sərbəst idilər. Şəhərin cənub ətrafı, o cümlədən yaşayış məntəqələri Ukrayna hərbçiləri tərəfindən iriçaplı artilleriya, tanklar və reaktiv yaylım atəşi sistemləri ilə gecə-gündüz bombalanıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin