Yutub hostinqi Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bloklayıb.
Anmedia.az xəbər verir ki, bir milyondan çox abunəçisi olan kanalda bütün videlar silinib. Videohostinq “Solovyev LIVE” kanalını da bloklayıb. Kanala daxil olarkən, “Xidmət şərtlərini pozduğu üçün bloklanıb”, - deyə qeyd edilir.
O, son günlər Ukrayna əleyhinə təbliğat aparırdı. Buna görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını “qara siyahı”ya salıb.
Qeyd edək ki, Solovyov ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın fəal təbliğatçısı idi və Azərbaycan əleyhinə təbliğat aparırdı.
Pəri Arifqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin