Ukrayna və Rusiya Silahlı Qüvvələri arasında Xarkov istiqamətində, Sumı vilayətində və ölkənin cənubunda ağır döyüşlər gedir.
Anmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak bildirib ki, bu gün günortadan sonra Rusiyanın mindən çox hərbçisinin həlak olması ilə bağlı məlumat daxil olub.
"Bu, artıq böyük rəqəmdir. Və əgər bütün ölkə ərazisində hərbi əməliyyatlar belə sürətlə davam edərsə, o zaman Rusiya Federasiyasından itkilər daha da artacaq", - Podolyak deyib. Bununla yanaşı, Kiyev vilayətinin Buçe və Qostomel şəhərlərində şiddətli döyüşlər gedir.
Buçedə Rusiyanın diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib.
Buçedə Rusiyanın diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib.
Qostomeldə qarşı tərəfin əraziyə əlavə qüvvələr cəlb etməsinə baxmayaraq, Ukrayna ordusu müqaviməti davam etdirir. Şəhər aerodromunun arxasında Rusiya hərbi qüvvələrinin zərəsizləşdirildiyi barədə məlumatlar yayılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin