
Fevralın 24-də saat 05:00-dan Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəlilədiyi ərazilərdə intensiv döyüş əməliyyatları aparır. Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə edir.
Anmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rudnya (Belarus)-Vystupovyçi (Ukrayna) istiqamətində Rusiya iki tank, zirehli transportyor və maşınlarla dövlət sərhədini keçməyə cəhd edib.
“Nəticədə düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib”, - vurğulanıb.
Heniçesk, Skadovsk, Çaplinka şəhərlərində, eyni zamanda, Hostomel hava limanı uğrunda döyüşlər gedir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








