
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il ötür.
ANmedia.az “Trend”ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana axışaraq, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək veteranlarını və başqalarını görmək olar.
Fəxri xiyabana gələn çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyurlar.
FOTO - Arif Quluzadə












Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








