
“Şəhidlərimizin bizə qoyduğu ən müqəddəs əmanət onların ailələri və övladlarıdır. Bu əmanətə sahib çıxmaq isə hər birimizin mənəvi borcudur. Bəzən insanın böyüklüyü tutduğu vəzifə ilə deyil, göstərdiyi diqqət və səmimi münasibətlə ölçülür. Şəhid ailəsinin övladına göstərilən isti münasibət, qayğı və diqqət əmanətə sədaqətin ən gözəl nümunəsidir.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev tərəfindən göstərilən səmimi münasibət insanlarda xüsusi hörmət və rəğbət yaradır. Çünki şəhidlərimizin bizə əmanət etdiyi ailələrə diqqət göstərmək yalnız bir vəzifə deyil, həm də vicdan və vətəndaşlıq məsuliyyətidir.
Belə nümunələr bir daha göstərir ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələri heç vaxt diqqətdən kənarda qalmır və onların övladlarına göstərilən qayğı əmanətə sadiqliyin ən gözəl təzahürüdür.”
Həsən Əliyev






@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








