
Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, milli-mənəvi dəyərlərimizin qoruyucusu və cəmiyyətimizin inkişafında mühüm rol oynayan əsas qüvvələrdən biri olmuşdur. Qadınlarımız yalnız ailə institutunun möhkəmlənməsində deyil, eyni zamanda dövlətin və cəmiyyətin tərəqqisində, milli kimliyimizin formalaşmasında mühüm xidmətlər göstərmişlər. Onların zəkası, iradəsi, fədakarlığı və vətənə bağlılığı Azərbaycan tarixinin müxtəlif mərhələlərində özünü aydın şəkildə göstərmiş, ölkəmizin inkişafına və gələcək nəsillərin formalaşmasına dəyərli töhfələr vermişdir.
Azərbaycan tarixində qadınların fəal mövqeyi həmişə diqqət çəkmişdir. Hələ qədim dövrlərdə qadınlar ictimai həyatda mühüm rol oynamış, ailə və cəmiyyət arasında mühüm körpü funksiyasını yerinə yetirmişlər. Azərbaycan qadını təkcə ana kimi deyil, həm də vətənpərvər, ziyalı və cəmiyyətin fəal üzvü kimi tanınmışdır. Onlar milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynamışlar.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan qadınları təhsil, elm, mədəniyyət, səhiyyə, incəsənət və digər sahələrdə böyük uğurlara imza atmışlar. Onların fəaliyyəti nəticəsində ölkəmizdə maarifçilik hərəkatı inkişaf etmiş, təhsilin və mədəniyyətin yayılmasına böyük töhfələr verilmişdir. Azərbaycan qadınları müəllim, alim, həkim, mühəndis, jurnalist, hüquqşünas və digər peşələrdə uğurla fəaliyyət göstərərək cəmiyyətin inkişafına mühüm töhfələr vermişlər. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.
Azərbaycan qadınları dövlət idarəçiliyində və ictimai-siyasi həyatda da fəal iştirak etmişlər. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət quruculuğu prosesində qadınların rolu getdikcə artmışdır. Bu gün qadınlarımız müxtəlif dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə və digər idarəetmə strukturlarında məsul vəzifələrdə çalışaraq ölkənin inkişafına xidmət edirlər.
Eyni zamanda Azərbaycan qadınları ailə institutunun qorunmasında və möhkəmləndirilməsində də mühüm rol oynayırlar. Ana olmaq qadının ən müqəddəs və şərəfli missiyalarından biridir. Ana gələcək nəslin tərbiyəsində, onların vətənpərvər, savadlı və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasında böyük rol oynayır. Məhz anaların verdiyi tərbiyə nəticəsində cəmiyyətin sağlam və güclü təməli formalaşır. Onların vətənə bağlılığı və qəhrəmanlığı xüsusilə çətin dövrlərdə daha aydın şəkildə özünü göstərmişdir. Müxtəlif dövrlərdə baş vermiş müharibələr və çətin sınaqlar zamanı qadınlarımız böyük fədakarlıq göstərmiş, həm ön cəbhədə, həm də arxa cəbhədə vətənə xidmət etmişlər. Onlar həm şəhid anaları, həm də qəhrəman övladlar yetişdirən analar kimi xalqımızın qürur mənbəyinə çevrilmişlər.
Müstəqil Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və onların cəmiyyətdə rolunun artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət tərəfindən qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların əmək bazarında fəallığının artırılması, gender bərabərliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu siyasət nəticəsində qadınlarımız cəmiyyətin bütün sahələrində öz potensiallarını daha geniş şəkildə həyata keçirmək imkanı qazanmışlar.
Bu gün Azərbaycan qadını müasir dünyanın çağırışlarına uyğun şəkildə inkişaf edən, savadlı, fəal və təşəbbüskar bir qüvvə kimi ölkəmizin tərəqqisinə öz töhfəsini verir. Onlar həm peşə fəaliyyətində uğur qazanır, həm də ailə dəyərlərini qoruyaraq cəmiyyətin mənəvi əsaslarını möhkəmləndirirlər.
Azərbaycan qadınlarının zəhməti, fədakarlığı və vətənə bağlılığı ölkəmizin inkişafında danılmaz rol oynayır. Onların fəaliyyəti nəticəsində cəmiyyətimiz daha güclü, daha sabit və daha inkişaf etmiş bir gələcəyə doğru irəliləyir.
Beləliklə, Azərbaycan qadınları tarix boyu olduğu kimi bu gün də ölkəmizin inkişafında və cəmiyyətimizin tərəqqisində mühüm rol oynayırlar. Onların zəhməti, fədakarlığı və vətənə bağlılığı Azərbaycanın daha güclü və firavan gələcəyinin formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi yüksək qiymətləndirilməli, onların fəaliyyəti daim dəstəklənməli və gələcək nəsillərə nümunə kimi təqdim edilməlidir.
Bu gün Azərbaycan qadınının nümunəvi simalarından biri də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının zəkasını, humanizmini və yüksək təşkilatçılıq qabiliyyətini parlaq şəkildə nümayiş etdirir. Mehriban xanım uzun illərdir ki, sosial, humanitar və mədəni layihələrin həyata keçirilməsində fəal iştirak edərək ölkəmizin inkişafına mühüm töhfələr verir.
Eyni zamanda o, xeyriyyəçilik fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin və tarixi irsinin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlərlə cəmiyyətimizdə böyük hörmət və rəğbət qazanmışdır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr humanizm, mərhəmət və vətənə xidmət kimi ali dəyərlərin təbliğinə xidmət edir. Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki yüksək mövqeyini və potensialını bir daha nümayiş etdirərək gənc nəsil üçün layiqli nümunə təşkil edir.
Vəli Vəliyulla
Xəzər RİH başçısı Aparatının
Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi,
İctimai-siyasi və humanitar məsələlər
sektorunun baş məsləhətçisi
@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








