
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik institutların, o cümlədən medianın formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 1998-ci ildə ölkəmizdə senzura ləğv olunub. Azərbaycan bu addımı atan ilk postsovet ölkəsi olub.
ANmedia.az xəbər verir ki, bu fikirləri Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, bu gün ölkədə söz və media azadlığı təmin olunub, hər bir fiziki və ya hüquqi şəxs sərbəst şəkildə media qurumu yarada bilər. Media sahəsini tənzimləyən müvafiq qanunvericilik bazası da mövcuddur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin