İndiyədək Azərbaycanın işğaldan azad edilmiş 134 min hektardan çox ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
ANmedia.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Minalardan Təmizləmə üzrə Avropa Qrupu Təşəbbüsü” tədbirində çıxışı zamanı bildirib.
O xatırladıb ki, Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir:
“Bu günə kimi işğaldan azad edilmiş 134 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İlk növbədə nəqliyyat və enerji infrastrukturunun keçdiyi ərazilərdə, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda və yaşayış binalarının tikintisi nəzərdə tutulan ərazilərdə minalardan təmizləmə işləri aparılıb. Ümumilikdə 119 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək təhlükəsiz şəkildə zərərsizləşdirilib”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin