“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən Mənəvi əsaslar daha üstündür”.
Heydər Əliyev
İlk öncə Fondun yaranması və məqsədləri haqqında qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılmışdı. Nizamnaməyə əsasən, Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
Yaxın günlərdə Fond tərəfindən Mingəçevir şəhərində könüllülər və tələbələr üçün keçirilən “Qış məktəbi” düşərgəsində iştirakım təmin olundu və iştirak etdim. Bu düşərgə mənə çox şey qazandırdı. Biz ilk öncə Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etdik. Həmçinin Mingəçevir Dövlət Universitetində olub, ali təhsil ocağının fəaliyyəti ilə tanış olduq və bunlarla yanaşı Mingəçevir şəhərində yerləşən Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi və Dövlət rəmzləri muzeyini ziyarət etdik.
Bu düşərgədə bizlərin asudə vaxtının faydalı və maraqlı keçirilməsi məqsədilə Fondun sifarişi ilə hazırlanan “Müzəffər komandan” sənədli filmi nümayiş olundu və bir neçə əyləncəli oyunlar keçirildi.
Bütün bunlarla yanaşı düşərgədə keçirilən faydalı mühazirə, diskusiyalar, intellektual oyunlar bizim şəxsi inkişafımıza, mənəvi dəyərlərimizin müasir dəyərlərimizlə müqayisəli şəkildə dərk olunmasına böyük kömək olduğunu söyləmək olar.
Bu düşərgə mənim şəxsimə böyük dəyərlər bəxş edib, dostluqlar qazandırdı. Mən az müddətdə qazandıqlarımın mənə müsbət təsir edəyəcəyinə və daima yaddaşımda yer tutacağına inanıram. Bunun səbəbi isə bu düşərgədə hər kəsin bir biri ilə səmimi münasibətdə olduğunu göstərə bilərəm, mənim fikrimcə səmimiliklə qazanılan dostluqlar, dəyərlərimizlə yaxından tanışlıqlar bizə gələcək həyatımızda çox böyük dəstək və kömək olacaq.
Bu cür faydalı, geniş , əyləncəli və milli mənəvi dəyərlərimizi yaşadan, müasir dünyamızla əlaqələndirən layihə, düşərgə və tədbirlər keçirdiyi , biz gənclərin iştirakını təmin etdiyi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği fonduna öz təşəkkürümü bildirirəm və gələcək fəaliyyətində bütün komitəyə, quruma və idarə heyətinə uğurlar arzu edirəm .
Azərbaycanın çox geniş və dərin keçmişə söykənən Mənəvi dəyərlərə malikdir. Bu dəyərləri araşdırmaq, öyrənmək , müasir dünyamızla əlaqələndirmək və gələcək nəsillərə ötürmək hər birimizin borcu olmalıdır .
ANmedia.az Jurnalist, Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin