Mənəvi Dəyərlərin Təbliği Fondu Mingəçevirdə könüllülər və tələbələr üçün "Qış məktəbi" təşkil edib.
Dekabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Mingəçevir şəhərində Fondun könüllüləri və tələbələr üçün təşkil olunan "Qış məktəbi" öz işinə başlayıb. Açılış mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Daşqın İsmayılovun məruzələri dinlənilib. Çıxışlar zamanı bildirilib ki, gənclərlə bu cür görüşlərin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır.
Xatırladaq ki, "Qış məktəbi" çərçivəsində tədbirə dəvət olunmuş ekspertlərin məruzələri dinlənilib Mingəçevir şəhərində yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunub, maraqlı viktorinalar keçirilib.
Məlumat üçün bildirək ki, 13-16 dekabr tarixlərində keçirilən "Qış məktəbi"ndə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti kimi ali təhsil müəssisələrinin və Mingəçevir Tibb Kollecinin tələbələri iştirak edib." Qış düşərgəsi çərçivəsində LOQOS Psixoloji Nitq və İnkişaf Mərkəzinin psixoloqu Emin Səfərovun "Müasir gənclik və fərdi inkişaf" mövzusunda mühazirəsi dinlənilib. İnteraktiv sual-cavab formatında təşkil edilən seminar zamanı iştirakçılarla maraqlı fikir mübadiləsi aparılıb.
Daha sonra Mingəçevir şəhərində yerləşən Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi və Dövlət rəmzləri muzeyi ziyarət edilib.
Qış düşərgəsində asudə vaxtın faydalı və maraqlı keçirilməsi məqsədilə Fondun sifarişi ilə hazırlanan "Müzəffər komandan" sənədli filmi nümayiş olunub və əyləncəli oyunlar keçirilib. Qış məktəbi"nin iştirakçıları üçün ekskursiya və yarışlar təşkil olunub.
Könüllülər və tələbələr Qış düşərgəsi çərçivəsində şəhərdə yerləşən Şəhidlər Xiyabanı ziyarət edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Həmçinin gənclər Mingəçevir Dövlət Universitetində olub, ali təhsil ocağının fəaliyyəti ilə yaxından tanış olublar. Qış düşərgəsində asudə vaxtın səmərəli və maraqlı keçirilməsi məqsədilə əyləncəli viktorina keçirilib.
Yekunda dördgünlük "Qış məktəbi"ndə "Dəyərlərimizi öyrənək" adlı intellektual yarış keçirilib. Daha sonra isə iştirakçılara sertifikatlar təqdim olunub.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin