Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq növbəti ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən ANmedia.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada yüzlərlə ağac əkilib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli məsələləri daim diqqət mərkəzində saxlanılıb, atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadəyə xüsusi qayğı ilə yanaşılıb. Aksiyanın məqsədi də Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ekosistemin mühafizəsinə töhfə verməkdir.
Aksiyada Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin