Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin