Oğuzda keçirilən "Yay məktəbi"nin iştirakçıları üçün seminar və ekskursiya təşkil olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Oğuzda könüllülər və tələbələr üçün keçirilən "Yay məktəbi" avqustun 17-də öz işini davam etdirib. Yay düşərgəsi çərçivəsində "Gənc tarixçilər" İctimai Birliyinin sədri Kənan Məmmədovun "Tarix və onun öyrənilməsi metodları" mövzusunda mühazirəsi dinlənilib. İnteraktiv sual-cavab formatında təşkil edilən seminar zamanı iştirakçılarla maraqlı fikir mübadiləsi aparılıb.
Daha sonra Oğuz rayonundakı Şəhidlər Xiyabanı ziyarət edilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Yay düşərgəsində asudə vaxtın səmərəli və maraqlı keçirilməsi məqsədilə əyləncəli viktorina keçirilib.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin