Üzeyir Hacıbəylinin ev-muzeyində sənətşünas Sədaqət Əliyevanın kuratorluğu ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anım gününə həsr olunmuş “Sənət və simfoniya: Üzeyir Hacıbəyli incəsənətin əbədi ruhunda” adlı tədbir təşkil olunacaq.
ANmedia.az xəbər verir ki, tədbir 2024-cü il 23 noyabr tarixində saat 11:30-da Üzeyir Hacıbəylinin ev-muzeyində keçiriləcək. Tədbirdə muzeyin şöbə müdiri bəstəkar Vəfa Bağırzadənin təqdimatında musiqi dühasının bioqrafiyası və yaradıcılıq yoluna nəzər salınacaq, sənətşünas Sədaqət Əliyeva tərəfindən “Üzeyir Hacıbəyli obrazı təsviri incəsənət və xalq yaradıcılığında” adlı mühazirə, eyni zamanda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas Musiqi məktəb- studiyasının elmi-metodiki işlər üzrə direktor müavini bəstəkar Aytən Oqtayqızının dahi bəstəkarın xatirəsinə həsir etdiyi “Üzeyir dünyası” romans, “Dəyərli ömür” pyesi, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalovanın ifasında fortepiano üçün "Qarabağ" fantaziyası kimi musiqi ərmağanı tamaşaçıların diqqətinə çatdırılacaq.
Ünvan: Bakı şəhəri, Şamil Əzizbəyov 67/69
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin