
Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. ABF-nin prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.
BWF-in mövcud qaydalarına görə 20 yeni seçilmiş Şura üzvləri qurumun inkişaf strategiyası, komitə rəhbərlərini, daxili və xarici nizamnamə qaydalarını müəyyən edəcək.
Tailand Badminton Federasiyasının prezidenti Kunyinq Patama Leesvadtrakul BWF-nin rəhbəri seçilib.



Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin