ABŞ Müdafiə Nazirliyi bu gün Ukraynaya 675 milyon dollar dəyərində növbəti silah transferini bəyan edəcək.
ANmedia.az-ın xəbərinə görə, bu barədə “Washington Post“a anonimlik şərti ilə ABŞ rəsmisi məlumat verib.
Bildirilib ki, növbəti yardım paketinə Ukrayna hərbçilərinin artıq bir müddətdir ki, Rusiya qüvvələrinə qarşı dəqiq zərbələr endirdiyi əlavə HIMARS raketləri, həmçinin əsgərlər üçün müxtəlif nəqliyyat vasitələri və digər texnikalar daxil olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin