Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Bu barədə ANmedia.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədi ilə aprelin 30-da saat 10:00-dan etibarən qaz təchizatı Ardı
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin Baş naziri Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısına dəvət edib. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Banqladeşdə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ardı
Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə Ardı
Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib. ANmedia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Proqramının Tədbirlər Planında rayon mərkəzlərinin və Ardı
Azərbaycanın Gürcüstandakı Səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib. ANmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Həmçinin Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv Ardı
“Bakı Marafonu 2025”ə qeydiyyat başa çatıb. ANmedia.az xəbər verir ki, mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək marafona 27 min iştirakçı qeydiyyatdan keçib. Bu, ötənilki marafonlarla müqayisədə ən yüksək iştirakçı sayıdır. “Küləyə qalib gəl”ənlər sırasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən qoşulanlar da olacaq. Yürüşdə fiziki Ardı
II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri və bəstəkar Eldar Həsənovun musiqisi əsasında hazırlanmış əsərləri ifa edib. ANmedia.az Trend-ə istinadən xəbər verir ki, tədbir “Sənət” Uşaq Musiqi və İncəsənət Ardı
Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçiriləcək. ANmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb. Dövlət başçısı qeyd edib ki, iki xalq arasında qonşuluq və mədəni əlaqələr yüksək səviyyədədir. Ardı
“Biz artıq Ballıcada gözəl günlər yaşayacağıq”. ANmedia.az "Report-a" istinadən xəbər verir ki, bunu Xocalı rayonunun Ballıca kəndinə bu gün köç edən keçmiş məcburi köçkün Zəfər Məmmədov deyib. “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız şücaət göstərərək döyüş meydanında düşməni məğlub edib. Qalan ömrümü də doğma elimdə keçirmək Ardı
"Bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik. Bunlara ürəkdən bağlıyıq. Çalışacağıq ki, bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirək”. ANmedia.az “Qafqazinfo-ya” istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.