ANmedia.az xəbər verir ki, turnir 3-cü təsnifat mərhələsininin ilk oyunları ilə başlayııb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.
Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutub. “Fənərbaxça” evdə Çexiyanın “Slovaçko” komandasını sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib.
“Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubunun Avroliqadakı potensial rəqibləri olan İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” klubları Dublində üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı matçda irlandlar qələbəyə seviniblər.
Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust
AEK (Larnaka, Kipr) – Partizan (Serbiya) 2:1
Malmö (İsveç) – Düdelanj (Lüksemburq) 3:0
Fənərbaxça (Türkiyə) – Slovaçko (Çexiya) 3:0
Maribor (Sloveniya) – HJK (Helsinki, Finlandiya) 0:2
Linfild (Şimali İrlandiya) – Sürix (İsveçrə) 0:2
Şemrok Rovers (İrlandiya) – Şkupi (Şimali Makedoniya) 3:1
Olimpiakos (Yunanıstan) – Slovan (Bratislava, Slovakiya) 1:1
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin