Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Anmedia.az-ın xəbərinə görə, məktubda deyilir: "Hörmətli həmvətənlər! İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Min illərdir ki, Azərbaycanda Ardı
Baş Prokurorluqda kadr dəyişikliyi olub. 525.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə Ardı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ictimai xadim, tanınmış tarixçi və diplomat Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı yayıb. Anmedia.az xəbər verir ki, başsağlığıda deyilir: "Azərbaycan Respublikasının ictimai xadimi, tanınmış tarixçi və diplomat Ramiz Abutalıb oğlu Abutalıbovun dünyasını dəyişməsi ilə bağlı Xarici İşlər Nazirliyinin Ardı
Türkiyə dost və müttəfiqləri üçün etibarlı və güclü müttəfiqdir. Anmedia.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Naziri Hulusi Akar Birgə Əməliyyatlar Mərkəzində hərbiçilərlə ötən ilin son görüşməsi zamani deyib. O, qeyd edib ki, Türkiyə heç bir ölkə üçün təhlükə deyil və yaranan məsələlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Akar Ardı
Bu gündən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Qazaxıstana keçib. Anmedia.az xəbər verir ki, Orta Asiya ölkəsi bu gündən MDB-yə sədrlik edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının oktyabrın 15-də keçirilən iclasında xatırladıb ki, Birliyin yaradılması haqqında tarixi bəyannamə 1991-ci ilin dekabrında Almatıda keçirilən Ardı
2022-ci il "Şuşa ili" elan olunub. Anmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bəyan edib. "Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi Ardı
Türkiyədə Azərbaycan hərbçilərinin növbəti qrupu komando kursunu bitirib. Anmedia.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. İspartanın Eğirdir qəsəbəsindəki Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında komando kursunu bitirən 360 Azərbaycan hərbçisinin buraxılış mərasimi keçirilib. Ardı
Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Anmedia.az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı “İnstaqram”da paylaşım edib. Təbrik Qız qalasının fotosunun fonunda paylaşılıb. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.