Azərbaycanın 44 şahmatçısı Rumıniyanın Mamaya şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında çıxış edəcək. ANmedia.az xəbər verir ki, sentyabrın 4-də startı veriləcək qitə birinciliyində 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında “köhnə qitə”nin ən yaxşıları müəyyənləşəcək. Millinin heyətində Azərbaycan birinciliyi və “Baku Open” turnirində Ardı
“Yarışın startından son günə kimi hər şey mükəmməl idi”. ANmedia.az xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qızıl medal qazanan Lukaş Çapla deyib. Polşalı idmançı öz çıxışından və təşkilatçılıqdan razı qaldığını bildirib: “Burada olmaqdan çox məmnunam. Təbii Ardı
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında bu gün maraqlı hadisə müşahidə edilib. ANmedia.az xəbər verir ki, dünən 300 metr məsafəyə uzanaraq atəşaçma növündə kişilər arasında çempion olmuş Norveç komandasının üzvləri qızıl medallarını geri qaytarıblar. Onlar bunu atıcılardan birinin yarış zamanı diskvalifikasiya edilməsi və mükafatlandırma zamanı bunun Ardı
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında maraqlı növlərdən olan 300 metr məsafəyə tüfəngdən atəşaçma üzrə kişilər arasında mükafatçıların adına aydınlıq gəlib. ANmedia.az xəbər verir ki, fəxri kürsünün ən yüksək pilləsinə Macarıstan təmsilçisi İştvan Peni qalxıb. O, “gümüş”ün sahibi, norveçli Andre Kim Land ilə eyni xal (587) toplasa da, əlavə göstəricilərə Ardı
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. ANmedia.az xəbər verir ki, bu gün kişilər və qadınlar arasında 50 metr məsafəyə tapançadan atəş açma yarışları keçirilib. Kişilərin mübarizəsində qızıl medal 558 xal toplayan çinli atlet Yu Xieyə qismət olub. Ondan bir xal geri qalan Latviyanı təmsil edən Lauris Strautmanis gümüş medala sevinib. Bürünc Ardı
Azərbaycanın daha iki boksçusu Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 finala yüksəlib. ANmedia.az Azərbaycan Boks Federasiyasından verilən məlumata istinadən bildirir ki, Toğrul Quliyev və Səftər Məmmədzadə 1/8 final səddini keçiblər. T.Quliyev 57 kq çəki dərəcəsində ingiltərəli Sonni Hollinqsvortu 5:0 (29:28, Ardı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək. ANmedia.az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. Meydan sahibləri əvvəlki qarşılaşmalarda məğlub olub. “Gənclik şəhəri” təmsilçisi bir qələbə qazanıb. Komandanın II turdakı görüşü təxirə salınıb. Günün digər matçında “Zirə” “Səbail”in qonağı olacaq. Ardı
“Hər kəs “Qarabağ”ın yaxşı nəticələrinə alışıb”. ANmedia.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a müsahibəsində “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib. Təcrübəli futbolçu komandasının Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Helsinki” ilə cavab matçını dəyərləndirib. - Ab-hava necədir? - Şükür, hər şey yolundadır. - Çətin səfərə yollanırsız. İlk oyunda Ardı
Braziliya Ciu Citsu idman növü üzrə Bakı şəhərində Beynəlxalq turnir keçirilib. ANmedia.az xəbər verir ki, 77 kq çəki dərəcəsində Əsgərov Elman Muxtar oğlu JSJ Challange 10 turnirində 1-ci yerə layiq görülmüşdür. O, ilk rəqibini 19:2, digər rəqiblərini isə 20:0, 43:0 hesabı ilə məğlub etmişdir. Ardı
Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub. ANmedia.az Azərbaycan Boks Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, millimiz turniri 10 medalla başa vurub. Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar. Digər Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.